Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisi ilə bir arada – FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi  Filip Riker ilə görüşdü.

Etikxeber.az xəbər verir ki, görüşdə tərəflər ABŞ-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmmədyarov Dövlət Katibinin köməkçisinə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Nyu Yorkda keçirilmiş görüşü barədə məlumat verdi və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların qərar və sənədləri əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğuladı.

WhatsApp Image 2019-09-24 at 10.01.39 PM (1)

Bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının qarşıdan gələn Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələləri tərəflər arasında müzakirə edildi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi apardılar.

Etikxeber.az

Read Previous

Vurğun Əyyub – DƏFN EDİLDİ – YENİLƏNİB – (1)

Read Next

UEFA Çempionlar Liqasının 2020/21 mövsümünün təqvimi – AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir