Məmmədyarov bu dəfə Türkmənistana yola düşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək səviyyəli rəsmi şəxslər ilə görüşləri nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.

Xatırladaq ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2014-cü il aprelin 2-3-də Azərbaycanda rəsmi səfərdə olub.

2017-ci il iyulun 18-19-da isə R.Meredov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilmiş dördüncü üçtərəfli görüşü çərçivəsində ölkəmizə səfər edib.

Etikxeber.az

Read Previous

Bu gün Rəsulzadənin günüdür…

Read Next

“Zeytun budağı”: 712 terrorçu məhv edilib – TERRORÇULAR 17 YAŞLI QIZI QƏTLƏ YETİRDİ – DAHA BİR KƏND AZAD OLUNDU – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir