Məmmədyarov erməni şahmatçısını qabaqladı və qalib oldu

Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirinin blits mərhələsinin qalibi olub.

Etikxeber.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Moskvada keçirilən nüfuzlu yarışda 9 turdan sonra 7.5 xal toplayan millimizin lideri ən yaxın rəqibi Levon Aronyanı 2 xal qabaqlayaraq çempion olub.

Maraqlıdır ki, həmyerlimiz şəxsi görüşdə də Aronyanı mat qoyub. Beşinci turda baş tutan matçın 61-ci dəqiqəsində təslim olan erməni şahmatçı taleyi ilə barışmalı olub. Bu mərhələnin üçüncüsü isə rusiyalı Peter Svidler olub. O, 9 turdan sonra 5 xal toplayaraq, əlavə əmsallara görə eyni nəticə göstərən hollandiyalı Aniş Qiri və həmyerlisi Yan Nepominayişini qabaqlayıb.

Qeyd edək ki, turnirin əsas mərhələsi bu gün start götürəcək. Qrossmeysterimiz ilk turda Yevgeni Tomaşevski ilə qarşılaşacaq.

Etikxeber.az

Read Previous

Bu gün ölkədə referendumdur-Səsvermə başlandı-YENİLƏNİB

Read Next

Qazaxıstanda da 26 sentyabr referendumu ilə əlaqədar səsvermə keçirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir