Məmmədyarov Meksikanın yeni seçilmiş prezidentinin andiçmə mərasimində…

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları prezidenti Andres Manuel Lopez Obradorun andiçmə mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyindən Etikxeber.az-a bildirilib ki, mərasimdə bir sıra dövlət başçıları, yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb.

Görüşdə E.Məmmədyarov Prezident İlham Əliyevin Meksika Prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb.

Tərəflər iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Etikxeber.az

Read Previous

Böyük Britaniya Avropa İttifaqı ilə bağlı yenidən referenduma gedir?

Read Next

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü – AZƏRBAYCAN “E” QRUPUNDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir