Məmmədyarov Qrup 77-nin iclasında iştirak etdi

BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qrup 77 (G-77) təşkilatının 43-cü illik iclasında iştirak edib.

Etikxeber.az xəbər verir ki, iclasda Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub.

Əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı birgə mövqedən çıxış etmək olan və sıralarında bu günədək 134 üzv ölkəni birləşdirən  G77, iqtisadi və sosial məsələlər üzrə BMT-dən sonra dünyanın ən çox dövlətini bir araya gətirən birlikdir.

BMT çərçivəsində fəaliyyət göstərən bu təşkilat inkişaf etməkdə olan ölkələrin mövqeyini, o cümlədən BMT-nin dayanaqlı inkişaf məqsədlərinin icrası istiqamətində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək və bu istiqamətdə BMT-nin bütün qərargahlarında birgə mövqedən çıxış etmək məqsədini güdür.

G77 qrupun iclasında çıxışı zamanı Nazir Elmar Məmmədyarov Azərbaycanın bu təşkilata fəal töhfə verməyə hazır olduğunu və Qoşulmama Hərəkatına sədrliyi dövründə bu iki təşkilat arasındakı münasibətlərin və əlaqələndirmənin  inkişafı istiqamətində səylər göstərəcəyini bəyan edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan 100 mahnıda” – AYGÜN SƏMƏDZADƏDƏN MÖHTƏŞƏM TƏQDİMAT – FOTOLAR

Read Next

“Qarabağ”ın məğlubiyyətsizlik seriyası davam edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir