Məmmədyarovla Çavuşoğlu arasında-TELEFON DANIŞIĞI OLUB…

Mayın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Etikxeber.az-a bildirilib ki, Nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May – Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib.

Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Etikxeber.az

Read Previous

“Bir daha nümayiş etdirdilər və sübut etmiş oldular ki, onlar işğalçı, təcavüzkar, bölgədə sülhün, təhlükəsizliyin, bütövlükdə insanlığın düşmənidirlər”-DEPUTAT

Read Next

“Sosial məsafəyə dair tələblərə riayət etməklə iyun 2-dən etibarən vətəndaşlarla birbaşa görüşlərə start verəcəyəm”-DEPUTAT 22 KƏNDİN SEÇİCİLƏRİ İLƏ GÖRÜŞƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir