Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə videokonfrans formatında-GÖRÜŞÜ OLDU

Mayın 18-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə, həmçinin Fransa və ABŞ-dan olan həmsədrlərin köməkçiləri iştirak ediblər.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Etikxeber.az-a bildiriblər ki, görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər.

Tərəflər pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar.

Etikxeber.az

Read Previous

Putin İlham Əliyevə telefonla zəng-ETDİ

Read Next

8 nəfər ədliyyə orqanlarından xaric olunub-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir