“Mən necə xoşbəxt ola bilərəm Şuşasız, Qarabağız?!” – FƏRHAD BƏDƏLBƏYLİ – YENİLƏNİB – (3)

Səməd SEYİDOV: “Bütün məsələlərdə qarabağlaşmalıyıq…”

Parlamentdə “Qarabağ-Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirildi

Milli Məclisdə (MM) “Qarabağ-Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib.

samad seyidov

Etikxeber.az xəbər verir ki, dinləmələrə sədrlik edən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputat Səməd Seyidov ölkə başçısının “Valday” klubunda Dağlıq Qarabağla bağlı çıxışının əhəmiyyətindən söz açıb: “Həmin çıxış bir daha göstərdi ki, biz hər şeyə qadirik. Biz baxmayaraq ki, qaçqın və məcburi köçkün problemi ilə üzləşmişik. Amma bununla bərabər yüksək səviyyədə mövqeyimizi müdafiə edə bilirik. Eyni zamanda, bütün məsələlərdə qarabağlaşmalıyıq. İqtisadiyyatdan, mədəniyyətdən və başqa sahələrdən elə danışın ki, Dağlıq Qarabağ da yada düşsün. İnsanlar dəyişməlidir, ictimai maraq şəxsi marağı üstələməlidir”.

***

Tədbirdə çıxış edən “Qarabağ İcması”nın rəhbəri Tural Gəncəliyev bildirib ki, ölkə prezidentinin öz çıxışında Ermənistanı ifşa etməsi hamımız üçün bir örnəkdir: “Biz Azərbaycan xalqı olaraq cənab prezidentin etdiyi addımları özümüzə nümunə götürməliyik və ermənilərin ifşası üçün fəaliyyət göstərməliyik. Biz icmanın nüfuzunun beynəlxalq təşkilatlarda qaldırılması üçün fəaliyyət göstəririk. Eyni zamanda, ermənilərin saxta iddiasına təxribat xarakterli bəyanatlarına cavab verməliyik. Cənab prezidentrin bəyanatından sonra əminik ki, biz tezliklə öz torpaqlarımıza qayıdacağıq.  Biz Qarabağ icması olaraq xüsusilə informasiya müharibəsinin getdiyi bütün platformalarda mübarizəmizi davam etdiririk”.

***

Digər çıxışçı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də ölkə  prezidentin çıxışının hər bir vətəndaş üçün örnək olduğunu vurğulayıb: “Hər bir Azərbaycan vətəndaşı ölkənin ərazi bütövlüyü ilə bağlı fikirlərini bildirməlidir. Azərbaycan xalqı heç vaxt geriyə addım atmayacaq. Azərbaycan xalqı cənab prezidentin mövqeyini,qətiyyətini bilir. Bizim diplomatiyamızın uğurunu bütün dünya görür.  Məcburi köçkünlər üçün  bütün lazımi şərait yaradılır. Onların yaşayış səviyyəsinin qaldırılması üçün mənzillər tikilir. Ancaq bununla yanaşı, hazırda çox mənfi vəziyyətdə yaşayan məcburi köçkünlərimiz də var. Onlar üçün lazımi şərait yaradılır. Bununla yanaşı, komitəyə gələn hər bir məcburi köçkün Azərbaycanımızı bütöv görmək istəyir”.

***

farhaddddddd

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli isə dinləmələrdə Qarabağ icmasının problemlərinə toxunub. Qeyd edib ki, icmanın bir neçə problemi var: “Birinci problem vəsaitlə bağlıdır. Cənab prezident bizimlə görüşündə dedi ki, siz daha da aktiv olmalısınız. Avropa Şurasında, Fransada, Moskvada olmalısınız. Ancaq siz oturmusunuz Bakıda və Şuşa üçün ağlayırsız. Açıığını deyim ki, vəsait olmasa biz nə Moskvaya, nə Parisə gedə bilərik.  Mən konsertlərimdə Xocalı ilə bağlı çıxış edirəm.  Biz festivallar keçiririk. Keflər çəkilir. Bəs bizim təbliğat məsələsində niyə vəsait yoxdur? Mən deputatlardan xahiş edirəm ki,  siz bu məsələdə Maliyyə Nazirliyinə bir az təzyiq edin.

Məni həmçinin telekanalların repertuarı çox narahat edir. Gündə bir əyləncə, boş-boş söhbətlər gedir. Hansısa hədd olmalıdır. Məktəblərdə birinci dərs Qarabağdan olmalıdır. Ancaq efirdə hər gün  əyləncə, toydur. Süleyman əmi, Vasif Adıgözəlov yana-yana getdilər,  Deyəsən, mən də elə onlar kimi yana-yana gedəcəyəm.  Əşi deyirlər ki, Qarabağı neynirsiz, kef çəkin, elə bil Qarabağ dərdi yoxdur. Həqiqət çox çətindir və faciəvidir.  Mən necə xoşbəxt ola bilərəm  Şuşasız, Qarabağız?! Ola bilər ki, pessimist çıxış etdim. Amma, bu, həqiqətdir. Çox istərdim ki, Qarabağ  dərdi  hər gün müzakirə edilsin”.

***

Deputat Araz Əlizadə qeyd edib ki, prezident çıxşında ermənilərə dalbadal iki ağır zərbə vurdu: “Elə zərbə vurdu ki, özlərinə gələ bilmirlər. Özü də bu çıxışını Putinin yanında etdi. Ermənistanda hazırda hakimiyyətdə olanlar faşistdirlər. “Daşnak” partiyası qurultayını Xankəndində keçirdi ki, guya bu torpaqlar onundur. Arzum odur ki, bizim ordumuz da belə bir nida işarəsi qoysun və biz bu məsələni qurtaraq. Həm də o nida işarəsini təkcə cənab prezident yox, Azərbaycan xalqı da qoyub”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ermənistanın apardığı işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır” – MİLLƏT VƏKİLİ

Read Next

“Mənasız bəyanatları onsuz da Elmar Məmmədyarov verir…” – AQİL ABBAS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir