Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aqil Abbas Elmar Məmmədyarovu tənqid etdi
“Qarabağ İcması” çıxışlarında bir qədər sərt olmalıdır, yeri gələndə söyməyi də bilməlidir. Mənasız bəyanatlar vermək lazım deyil. Mənasız bəyanatları onsuz da xarici işlər naziri Elmar Məmmədyarov verməklə məşğuldur.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aqil Abbas parlamentdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
Millət vəkili qeyd edib ki, E. Məmmədyarov hər gün mənasız bəyanatlar verir:
“Ancaq İcma olaraq Azərbaycandan kənara çıxmaq lazımdır. Onsuz burada oturub ağlayırıq da…
İcmanın içində elələri var ki, hərəsi ağıllı cavablar verə biləcək şəxslərdir.
Bir də mən xahiş edirəm ki, bu,”dırnaqarası” söhbətini yığışdıraq. Bunun adını separatçı təşkilat kimi deyin.
Ermənilər hər yerdə təşkilatını açırlar. Niyə “Qarabağ İcması”nın nümayəndəliyi Parisdə olmasın?
Gərək hamısını dövlət eləsin?!
Bir fonda açmaq olar ki, ora ianələr verilsin.
O zaman bütün Qarabağlılar maaşının yarısını həmin fonda verər”.
K.HƏMZƏOĞLU
Etikxeber.az