“Məni özünüzün doğmanız gördüyünüzü bir daha isbat etdiniz…” – JALƏ ƏLİYEVADAN MİNNƏTDARLIQ

Ötən 15 ildə mənim yanımda olan, məni dəstəkləyən sağlam düşüncəli, sağlam mövqeli, sağlam əqidəli on minlərlə seçicimə dərin təşəkkürlərimi bildirirəm.

Etikxeber.az xəbər verir ki, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən 5-ci dəfə seçkilərə qatılan və 4-cü dəfə seçkilərin qalibi olan professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

“Bütün təbliğat-təşviqat kampaniyam boyu mənə göstərdiyiniz etimad, görüşlərdə yaratdığınız sevgi və ehtiram dolu mühit məni daha da ruhlandıraraq qələbə qazanmağımın təminatçısı oldu. Bu qələbə bizim həmrəyliyimizin, birlikdəliyimizin bariz nümunəsidir. Mən Sizi özümdən heç bir zaman ayırmadım, Siz də məni özünüzün doğmanız gördüyünüzü bir daha isbat etdiniz. Bu doğmalıq üçün hamınıza minnətdaram!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Qeyd edək ki, J. Əliyeva, 3-cü çağırışdan, 2005-ci ildən Zərdabı, 92 saylı Seçki Dairəsini parlamentdə təmsil edir.

O, bu dəfə də seçkilərə qatılıb, maraqlı təbliğat-təşviqat kampaniyası aparıb və çox gərgin seçki mübarizəsində yenidən qalib olub.

Bir övladı, 3 nəvəsi var.

Azərbaycanın tanınmış ziyalılarından olan mərhum Fazil Əliyevin və şairə Nurəngiz Günün tək övladı, qızıdır.

Etikxeber.az

Read Previous

“22-lər”: 6-cı çağırışın xanım millət vəkilləri-BƏS HANSILARI DAHA ÇOX ÜSTÜNLÜKLƏRİ İLƏ FƏRQLƏNDİ? – FOTOLAR

Read Next

Deputat ola bilməyən-DEPUTAT ÖVLADLARI-KAZIMOV VƏ KAZIMOVA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir