Məni prezident təyin edin – TRAMP

ABŞ-da prezidentliyinə namizəd Donald  Tramp qeyri-adi təklif çıxış edib.
O, deyib ki, “Seçkiləri dayandırın və məni prezident təyin edin”.
 
Etikxeber.az The Business-ə istinadən xəbər verir ki, ABŞ-da prezident seçkilərində təbliğat-təşviqat  kampaniyası çərçivəsində   Respublikaçılar Partiyasından olan milyarder namizəd  Donald Tramp yenə də öz qeyri-adi  hərəkəti ilə yadda qalıb.
Belə ki, Ohayo ştatında seçicilər qarşısında çıxış edən D. Tramp bildirib  ki,  rəqibinin siyasəti elə bərbad vəziyyətdədir ki, seçkiləri artıq  təxirə salıb, Respublikaçılardan olan namizədi prezident  təyin etmək lazımdır.  
“Bilirsiniz fərq nədədir. Sadəcə, öz barəmdə düşündüm, indi bizə o qalır ki, seçkiləri təxirə salıb, qələbəni Trampa vermək lazımdır. Çünki ikinci  namizədin siyasəti  elə bərbad vəziyyətdədir ki,  seçkiləri keçriməyin  belə mənası yoxdur”– deyə, o, vurğlayıb.
ABŞ-da prezident seçkiləri  noyabrın 8-də keçiriləcək. Seçkilərdə iki əas rəqib var. Bunlar Demokratların namizədi Hillari Klinton və Respublikaçıların namizədi Donlad Trampdır.
Etikxeber.az

Read Previous

Sərhədləri Ərdoğana əmanət edək,Suriya və İraqda istədiyini etsin – Jirinovski

Read Next

İkinci Azərbaycan Elm Festivalının açılış mərasimi olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir