“Mənim həyatımın əsas hissəsi Qarabağdır…” – ZÜLFÜQAR HÜSEYNZADƏ

Bu gün Azərbaycan Televiziyasının canlı efirində yayımlanan “Çıxışa doğru” proqramında ölkə mediasının problemləri ətrafında fikir mübadiləsi aparılıb.

Etikxeber.az xəbər verir ki, həmin müzakirələrə qatılan Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin fikirlərini oxuculara mətn və video formasında təqdim edirik:

“Əvvəla, sizə təşəkkür edirəm. Veriliş başlayandan maraqlı fikir mübadiləsi oldu. Mən düşünürəm ki, bu il islahatlar ilidir. Cənab prezidentin çeşidli islahatlarından biri də ümid edirəm ki, bu ilin sonunadək, heç olmasa gələn ilin əvvəlinədək mediadan da yan ötməyəcək. Etiraf edək ki, mediada çoxsaylı problemlər var. Bunları kosmetik formada həll etmək heç nəyə gətirib çıxarmayacaq və bu problemlər kompleks şəkildə həll olunmalıdır. O həllinin içərisində sizin sadaladığınız və həmkarlarımın dediyi məsələlər də öz əksini tapmalıdır. Bəli, bütün ağır şərtlər altında fəaliyyət göstərsə belə dediyiniz kimi, ciddi media qurumları var və təvazökarlıqdan uzaq olsa da deyim ki, Moderator.az xəbər portalının təkcə rus versiyasına Ermənistandan hər gün dörd min giriş var. Düşmən ölkənin bizi oxuması, izləməsi çox önəmli bir şeydir. Bu, insana zövq verir. Digər tərəfdən də bayaq Qabil bəy də dedi, İP məsələsi o dərəcədə önəmlidir ki, maliyə məsələsi həllini tapmadığına görə, onlayın medianı İP üzərində oyun oynanılmasına məcbur qoyur.

Yeri gəlmişkən, bir şey deyim, Sizin həmkarınız, televiziya aparıcısı Rövşanə xanım bizim əməkdaşa belə bir açıqlama vermisdi ki, mən ciddi verlişlər hazırlayıram, heç kim baxmır. Məcbur olub özüm istəmədən qeyri-ciddi proqramlara əl atıram. Gəlin etiraf edək ki, sanki tamaşaçının və oxucunun zövqü korlanıb. Bir misal da çəkim. İki gün öncə Roma Papası Asiya turnesi zamanı çox sensasion bir bəyənatla çıxış etdi. BMT-yə üzv olan ölkələrə müraciət etdi ki, dünya bu beş daimi üzv olan ölkələrin ümidinə qalmamalıdır. Siz bu ölkələrin veto hüququnu ləğv etməlisiniz. Baxın, dünya mediasında bu heç bir ilgi görmədi. Əslində bütün dünya mediasının baş xəbəri olmalı idi. Amma deyək ki, Trampın qızı İvanka və yaxud Merkel tribunadan yıxıldısa, dünyan mediasının baş xəbərinə çevrildi. Yəni ciddi xəbər nə qədər önəmli də olsa redaktorlar çalışır və çalışmalıdır ki, əməkdaşını maaş verə bilsin və bunun üçün istəməsə belə İP dalınca getməyə məhkumdur. Yəni əgər hər hansı bir sayt gün ərzində 200 xəbər qoyursa və onun 190-nı ciddi xəbərdirsə, özü istəmədən 10 qeyri-ciddi xəbər də qoymağa məcbur olur ki, İP yüksəlsin. İnanın ki, həmin 10 qeyri-ciddi xəbərin gətirdiyi İP 190 ciddi xəbərin göstəricilərini geridə qoyur. Reklam şirkətləri də sənin İP-nə baxıb, səninlə müqavilə bağlayaraq sənə pul verirlər. Başqa cür mümkün deyil. Əgər dövlət bu məsələni hansısa formada tənzimləsə, o zaman ciddiyyət dalınca getmək olar. Redaktorlarda çalışır ki, əməkdaşlarına əməh haqqı versin. Yəni dövlət mediaya dəstək olsa, o zaman ciddiyət arxasınca getmək olar. Bir daha deyirəm ki, Azərbaycanda ağır şərtlər altında olsa belə, 10-a yaxın çox ciddi media qurumları var ki, beynəlxalq xəbər agentlikləri onlara istinad edir, həm də cəmiyyətin ziyalı kəsimi doğri xəbəri ondan alır..

Cənab prezident hər zaman deyir ki, jurnalistlər mənim köməkçilərimdir. Bu söz bizə çox böyük zövq və ilham verir. İlham Əliyev dönə-dönə deyib ki, mən bir çox informasiyaları məmurlardan yox, mediadan əldə edirəm. Bu həmdə ictimai nəzarətin dönəmini göstərir. Məhz prezidentdə ciddi mediaya gevənir ki, məlumatları bizdən alır və tədbir görür.

Çox üzr istəyirəm, belə fikir formalaşmasın ki, artıq medaida bayağılıq arxasınca getdiyindən ciddi xəbərlər kənarda qalıb. Bu gün Azərbaycan mediasının vətənpərvərlik, ümumimilli məsələlərə yanaşma baxımından heç bir problemi yoxdur. Qarabağ məsələsi mediada birmənalı xəttdir. Mən şəxsən məcburi köçkünəm, Şəhid ailəsiyəm. Mənim həyatımın əsas hissəsi Qarabağdır. Bəzən mənə irad bildirirlər ki, sən Moderator.az saytında aprel döyüşlərini aparırsan. Və bütün Azərbaycan mediasında da Qarabağ qırmızı xəttdir. Necə ki, münaqişə davam edir, Qarabağ mövzusu ciddi və hətta qeyri – ciddi medianın ana xəttini təşkil edəcək. Söhbətimizin əvvəlində də dedim, hər şey məhz kompleks islahatlardan qaynaqlanır. Bayaq dediniz ki, cənab prezident özü medainın məmurlar arasındakı savaşın alətinə çevrilməsini dözülməz adlandırdı. Bəli, gerçəkdən də dözülməzdir. Səbəb nədir? Medianın iqtisadi asılılığı. Media məmurların əlində oyuncağa, vasitəyə, bir-birini didməyə, işgüzar nüfuzuna xələl gətirmə vasitəsinə çevrilməməlidir. Media dövlət tərəfindən birmənalı olmasa da, hansısa formada, yolla reklam və digər dolayı alətlər vasitəsi ilə qismən də olsa maliyyə məsələsi tənzimlənsə, dediyimiz bir çox problemlər həllini tapar.

Ümid edirik ki, tezliklə bu problem həll olunacaq”.

Etikxeber.az

Read Previous

Müxalifət seçkilərlə bağlı nə qərar verəcək?

Read Next

Əflatun Amaşov Əli Həsənovdan -YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir