Mənim tanıdığım Novruz müəllim və ya…-KAMİL HƏMZƏOĞLU YAZDI

Novruz müəllimi, Novruz Aslanı Azərbaycanda hər kəs tanıyır, tanımayan tək-tük insan olar…

Mən də Onu ötən əsrin 90-ci illərindən tanıyıram…

Gözəl, hər kəsin qəlbini yerindən oynadan, duyğulandıran bəstələri, nəğmələri, lirik, həm də vətənpərvərlik mahnıları ilə…

Çoxları və çoxları ilə məhz Onun mahnıları, bəstələri ilə tanındı, məşhurlaşdı, şöhrətinə şöhrət qatdı…

Bir deyil, iki deyil, saymaqla qurtarmaq olmaz…

Əvvəllər Onu qiyabi tanısam da, sonra yaxından tanımaq imkanım oldu…

Novruz müəllimi bir millət vəkili-MİLLƏTİnin VƏKİLi kimi 2005-ci ildən, parlament fəaliyyətinə başlayandan daha yaxından tanıya bildim…

Onunla aramızda səmimi dostluq, qardaşlıq münasibətləri yarandı ötən illərdə…

Novruz müəllim mediada görünməyə, özünü reklam etməyə maraqlı və həvəsli olmasa da, amma bir jurnalist, bir qələm əhli kimi heç vaxt mənim müsahibə, açıqlama almaq xahişimi, istəyimi yerə salmayıb…

Hər zaman xahişlərimə, müraciətlərimə səmimi, isti yanaşıb və özünəməxsus fikirləri ilə maraqlı, oxunaqlı müsahiblərimdən olub…

Novruz müəllim, eyni zamanda, parlamentin istər plenar, istərsə və xüsusilə də komitə iclaslarında fəallığı ilə seçilən millət vəkillərindəndir…

Özüm şahidiyəm ki, hər zaman üzvü olduğu Aqrar siyasət, o cümlədən Mədəniyyət komitəsinin iclaslarında maraqlı, önəmli, insanları, seçicilərini maraqlandıran məsələlərlə bağlı çıxışlar edib, təkliflər səsləndirib…

Novruz müəllim həm də seçiciləri ilə ünsiyyət, təmas baxımından aktivliyi, fəallığı ilə seçilən millət vəkillərimizdəndir…

Bunun da özüm dəfələrlə əyani və canlı şahidi olmuşam…

Hər zaman seçicilərinin, baş tacımız olan Şahid ailələrinin, Qazilərin, Vətən sevdalılarının yanındadır…

Heç zaman onlardan dəstəyini əsirgəməyib və əsirgəmir…

Bəli, Novruz müəllim haqqında çox demək, çox danışmaq, çox yazmaq olar…

Amma atalar məsəlində deyildiyi kimi, görünən dağa bələdçi nə lazım?!

***

Bu gün Novruz müəllimin yubiley doğum günüdür, 60 yaşı tamam olur…

Doğum günü, yubileyi münasibəti ilə bu dəyərli İnsanı-Novruz müəllimi ürəkdən, səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı, ailə səadəti, ictimai-siyasi fəaliyyətində, Azərbaycan naminə bütün fəaliyyətlərində növbəti uğurlar, nailiyyətlər arzulayıram!

Doğum gününüz, yubileyiniz bir daha mübarək olsun-əziz və dəyərli Novruz müəllim!

Kamil HƏMZƏOĞLU (HƏMZƏOĞLU)

Etikxeber.az

Read Previous

Zelenski Aİ-nin sammitində-ÇIXIŞ EDƏCƏK

Read Next

19 dərəcə isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir