Mənzildə 80 yaşlı qadının meyiti tapıldı- BAKIDA

Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapılıb.

Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Samayelova Roza Samayıl qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:01-də başa çatıb.

Etikxeber.az

Read Previous

Liviya ordusu Benqazi şəhərini terrorçulardan tam azad etdi

Read Next

Hərbi attaşelər və xarici jurnalistlər 2 yaşlı Zəhranın yas mərasimində iştirak ediblər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir