“Mənzillər öz fəaliyyəti ilə mətbuatın adına hörmət gətirən jurnalistlərə verilib…” – DEPUTAT

“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 255 nəfərə mətbuat işçisinə xüsusi olaraq jurnalistlər üçün yeni inşa edilmiş çoxmərtbəli yaşayış binasında mənzil verilib. Birinci binada olduğu kimi, bu dəfə də mənzillər öz fəaliyyəti ilə mətbuatın adına hörmət gətirən və mənzilə kəskin ehtiyacı olan jurnalistlərə verilib”.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O, qeyd edib ki, mənzil bölgüsündə mənzil verilən jurnalistlərin siyasi yönümünün nəzərə alınmaması Azərbaycan dövlətinin bütün vətəndaşlarına eyni qayğı ilə yanaşdığını növbəi dəfə sübut etdi:

“Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini və qələm sahiblərinin sosial vəziyyətinin yaxşılaşmasını daima diqqətdə saxladığını göstərdi.

Mənzil hədiyyə edilən hər bir kəsi ürəkdən təbrk edir və mənzillərində xoş güzaran arzu edirəm”.

Etikxeber.az

Read Previous

Dövlətə xəyanətdə ittiham olunan dəstənin daha bir neçə üzvü həbs edildi – DTX

Read Next

Türkeş, Kaynak, Avcı,Çelik, Müezzinoğlu və Kılıç getdi- SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir