“Məqsəd övladın qız və ya oğlan olması deyil, yaxşı övlad yetişdirmək olmalıdır” – DEPUTAT – FOTOLAR

“Ana bətnində qız uşaqlarının məhz qız olduğu üçün qətlə yetirilməsinə qarşı ciddi mübarizə aparmalıyıq”.

Etikxeber.az xəbər verir ki, bunu “Aydınlığa Doğru” İcimai Birliyinin (İB) ailə ənənələrinin gücləndirilməsi, cinsi seleksiyaya qarşı mübarizəyə dair tədbirində və bununla bağlı hazırlanmış klipin təqdimatında çıxış edən millət vəkili Qənirə Paşayeva deyib.

O, dünyanın bir çox bölgələrini narahat edən cinsi seleksiya ilə bağlı qanunvericilikdə tədbirlərin öz əksini tapması ilə bərabər insanların maarifləndirilməsinə də böyük önəm verilməsi və bu qorxulu tendensiyaya qarşı sərt mübarizə aparılmasının vacibliyini qeyd edib:

ganira-usaq

“Biz qadına münasibətimizi qiymətləndirməyə elə ana bətnindən başlamalıyıq. Çox təəssüf ki, hamiləlik dövründə cinsi seleksiya halları artmaqdadır. Biz bununla bağlı SOS siqnalı çalmalıyıq. Çünki problemin böyüməsi gələcəkdə genefondumuzun zədələnməsinə gətirib çıxaracaq. Bir çox ailələr var ki, az övlad dünyaya gətirmək istəyirlər. Bu az övlad içərisində də oğul övladlarının olmasını istəyirlər. “Oğul nəslin davamçısıdır” anlayışı var bizim cəmiyyətdə və sair. Qız övladının ana bətnində abortlarla məhv edilməsi prosesi artıb. Biz bu məsələni Milli Məclisdə də qaldırdıq və bəzi qanunlara əlavə və düzəlişlər də gündəmə gəldi. Həkimlərə ciddi şəkildə çağırış oldu ki, bu məsələyə artıq fərqli yanaşma ortaya qoymaq lazımdır.

Artıq məsələyə bu şəkildə yanaşmalıyıq ki, buna yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Uşaqların ana bətnində cinsiyyətinin məlum olduğu zamandan sonra məhv edilməsi beynəlxalq təcrübədə də yolverilən hal deyil. Ancaq çox təəssüf ki, bizdə bu proses gedirdi və ana sağlamlığını da məhv edirdi. Bu qadınlara qarşı zorakılığın başlanğıc nöqtəsidir. Ancaq əsas məsələ odur ki, cəmiyyətlə iş aparılmalıdır. Əsas məqsəd övladın qız və ya oğlan olması deyil, məqsəd yaxşı övlad yetişdirmək olmalıdır. Bu selektiv abortlar demoqrafik göstəricilərə də yansıyıb. Son illərin statistikasına baxsaq, oğlanların sayı artır, qızların sayı azalır. Bu statistika elə bu istiqamətdə də davam etsə, problemin gələcəyini düşünmək mümkündürmü?

Biz bəzi ölkələrin bu sahədəki təcrübəsindən dərs çıxartmalıyıq və buna yol verməməliyik”.

Ölkəmizdə boşanmaların sayının da artmasından danışan Q.Paşayeva “bu, bizim hamımızı ciddi narahat etməlidir deyib:

“Boşanmaların artmasının əziyyətini uşaqlar çəkir. Televiziyalarda ailə ilə bağlı proqramlar olmalıdır. Ancaq indiki bəzi proqramlar ailələrə xeyir verməkdənsə, ziyan vurur. Bu proqramlar şou vasitəsinə çevrilməməlidir. Təkcə mənfi nümunələr yox, yaxşı ailə modelləri də efirə çıxarılmalıdır, gənclərə örnək olmalıdır”.

Etikxeber.az

Read Previous

11 bankın əmanətçilərinə 727,5 mln. manat kompensasiya ödənildi

Read Next

Həm cəbhə, həm də diasporda düşmənə qarşı savaşan mərhum polkovnik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir