“Məqsəd Qoşulmama Hərəkatının rolunu aktivləşdirməkdən ibarət olmalıdır…” – MƏMMƏDYAROV

Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Hərəkatımız siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir. 

Xarici İşlər Nazirliyindən (XİN) Etikxeber.az-a verilən məlumata görə, bunu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində Bakıda keçirilən Nazirlərin hazırlıq görüşündə Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

E. Məmmədyarov bildirib ki, tarix boyu Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb:

“Soyuq müharibənin sonu Hərəkatımızın beynəlxalq münasibətlər sistemindəki rolunu azaltmamış, əksinə artan çağırışlar fonunda əhəmiyyətini artırıb. Bu gün qarşımızda duran əsas vəzifə, yarandığı dövrdə olduğu kimi hələ də aktuallığını saxlayan Hərəkatın təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olması məqsədilə Hərəkatın rolunu aktivləşdirməkdən ibarət olmalıdır. 

Azərbaycan Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır, çünki o, 2011-ci ilin may ayında Hərəkatın tamhüquqlu üzvü olub. Cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdik. Fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatının üzv dövlətlərinin hamısına bu böyük şərəfə görə təşəkkür edirəm və Hərəkatın təməl prinsiplərinə ciddi riayət etdiyimizi bir daha təkrar edirəm”.

Nazir qeyd edib ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi ittifaqın üzvü deyil:

“Eyni zamanda, biz sürətlə inkişaf edən ölkəyik, davamlı inkişafa, demokratikləşməyə, insan hüquqlarına və sosial ədalətə hörməti artırmağa xüsusi əhəmiyyət veririk. Sədrliyimiz dövründə ən çox diqqət edəcəyimiz prioritet sahələrdən biri də gənclərin səlahiyyətlərinin artırılmasıdır. Uğurlu gənclər siyasəti cəmiyyətin davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır”.

Etikxeber.az

Read Previous

“Gənclərə yol vermək lazımdır, Geologiya İnstitutuna direktor gedirəm” – 85 YAŞLI AKİF ƏLİZADƏ

Read Next

Sahibə Qafarova da 19 oktyabrdan – DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir