Mərkəzi Bank kreditlərlə bağlı-GÜZƏŞT PAKETİNİ AÇIQLADI, MİLLƏT VƏKİLİ İSƏ BELƏ DƏYƏRLƏNDİRDİ…-YENİLƏNİB

Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.

Etikxeber.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

***

“Mərkəzi Bank krediti borcu olanlar, bütövülükdə banklar və maliyyə xidmətləri sektoru üçün güzəşt paketini elan etdi. Azərbaycan Prezidentinin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək. Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək kim iverilmiş ipoteka kreditləri Fondun razılığı əsasında bu il sentyabr 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb. Əsas məqamlardan biri kredit borcu olanlar ilə bağlıdır. Paketə görə, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilir. Bu o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyə edib”.

Bunu isə millət vəkili Vüqar Bayramov deyib.

O, sonra bunları qeyd edib:

“Sənədə əsasən, bu il martın 1-i vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi). Yəni, əgər vətəndaşımızın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa o onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək. Paket maliyyə bazarlarnda digər sektorları da əhatə edir. Etiraf etmək lazımdır, güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdrımağa imkan verəcək…”

Etikxeber.az

Read Previous

Koronavirus və dünya mediası: 15 ölkənin jurnalistləri-VİDEOKONFRANS KEÇİRDİ – FOTO

Read Next

İlham Əliyev Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar-BAŞSAĞLIĞI VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir