“Mərkəzi Bankın bu qərarı təcili ləğv olunmalıdır…” – QUBAD İBADOĞLU

İqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, bu gün bazarda tələb təklifi üstələyir.

Etikxeber.az-ın məlumatına görə, Q. İbadoğlu bu haqda “Facebook” sosial şəbəkəsində yazaraq qeyd edib ki, buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir:

“Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır”.

İqtisadçı həmçinin qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu açıqlamanı düz 2 ay bundan əvvəl 12 dekabr 2016-cı ildə mətbuata verib:

“Hazırda baş verənlər onu göstərir ki, bazarda tələb təklifi deyil, əksinə təklif tələbi üstələyib və ona görə də manat sürətlə ucuzlaşıb. Deyə bilərsiniz ki, tələb və təklif dinamikdir. Hər gün dəyişə bilər. Amma nəzərə alın ki, mən ölkənin valyuta bazarından bəhs edirəm və bu bazarda təklifi formalaşdıran Dövlət Neft Fondu Mərkəzi Bankla məsləhətləşir, tələbi yaradan banklar isə Mərkəzi Banka hesabat verir. Belə olan halda görəsən növbəti 2 ayda bazarın konyukturasını, orda tələb və təklifin necə dəyişəcəyini proqnozlaşdıra, yaxın perspektivləri belə düzgün dəyərləndirə bilməyən Mərkəzi Bank ölkədə necə makroiqtisadi sabitlik yaradacaq?”

Q.İbadoğlu bildirib ki, təxminən 1 ay bundan əvvəl Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının rəhbərləriylə görüş keçirib, valyuta satışında 4 faizlik marjanı ləğv etmək qərarını verdi:

“Valyuta mübadilə məntəqlərində son 1 ayın müşahidələri göstərir ki, bazarın tələbini və xarakterini nəzərə almayan AMB-nin bu qərarı da yalnış olub. Çünki, bir çox banklar ondan sui-istifadə edərək xarici valyutaların alış və satış kursları arasındakı fərqi kəskin artırıblar. Hətta, bəzi banklarda bu fərq 20 qəpiyə qədərdir. Hesab edirəm ki, Mərkəzi Bankın bu qərarı oloiqopol bank bazarında rəqabət olmadığından əks effekt verir və təcili ləğv olunmalıdır”.

Etikxeber.az

Read Previous

Millət vəkili gənc qızın intiharından və ailəsinin acısından danışdı… – FOTO

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir