Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Dekabrın 7-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Etikxeber.az-a bildiriblər ki, hərrac zamanı sifarişlərin toplanması fondun ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək aparılacaq. Hərraca çıxarılan notların həcmi 75 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 29 gündür. Notlar 2017-ci il dekabrın 5-də ödəniləcək.

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Etikxeber.az

Read Previous

“Günəşli” yatağındakı faciədə həlak olmuş neftçilərin xatirəsi əbədiləşdirildi

Read Next

“Ərdoğandan dedi ki,İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”- NAZİR- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir