“Məsafənin saxlanması, tibbi maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir…”-MİLLƏT VƏKİLİ

Son günlər dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatlarında əksini tapan məlumatlar dünya üzrə yoluxma sayının artan templə davam etdiyini göstərir. Bu səbəbdən ayrı-ayrı ölkələrdə xüsusi tədbirlər həyata keçirilir, hətta yeni məhdudiyyətlər, qadağalar tətbiq olunur.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında ixtisasca həkim olan deputat İlham Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə koronavirus infeksiyasının qeydə alındığı ilk vaxtdan dövlət tərəfindən həyata keçirilən tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini vermişdi. Lakin infeksiyaının geniş yayılmasına qarşı tətbiq olunan karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artma müşahidə edildi.

İ.Məmmədov deyib ki, xalqımız bütün milli bayramlarda, eləcə də ümummilli məsələlərdə daim həmrəylik nümayiş etdirib.

“Hesab edirəm ki, pandemiyaya qarşı mübarizədə də bu cür həmrəylik göstərilməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz birlikdə güclüyük. Biz xalq olaraq azərbaycançılıq ideologiyasının ətrafında birləşmişik. Fikrimcə, pandemiyaya qarşı mübarizə də bu birliyi zəruri edir. Bilirsiniz ki, son vaxtlar virusa yoluxanların sayının artması narahatlıq doğurur. Ona görə də vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi vacib amillərdən biridir. Məsafənin saxlanması, tibbi maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Bu gün hər bir vətəndaşımız öz şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir. Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə, bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Bir sözlə, vətəndaşlar daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər. Çünki hər kəs bilməlidir ki, onun pandemiya dövründə qaydalara əməl etməsi özü ilə yanaşı, cəmiyyəti də xilas edə bilər, atılan yanlış bir addım isə həm özünü və ətrafını, həm də bütövlükdə cəmiyyəti xəstəliyə düçar etmiş olar”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Qərbi Azərbaycan İrəvan Respublikasının dövlət bayrağı-QƏBUL EDİLDİ VƏ…

Read Next

İstirahət mərkəzlərində birində ad günü şənliyi edənlər saxlanıldılar VƏ MƏSULİYYƏTƏ CƏLB EDİLDİLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir