Məşhur Məmmədov vergilərin azaldılmasını, VÜQAR BAYRAMOV STARTAPLARLA BAĞLI LAYİHƏİNİN HAZIRLANMASINI TƏKLİF ETDİ

Azərbaycanın regionlarında vergilər azaldılmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Məşhur Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, bu, baş versə, regionlarda iş yerlərinin sayının artmasına, sosial məsələlərin həllinə böyük kömək edəcək:

“Ona görə də təklif edirəm ki, Vergi Məcəlləsində bəzi müddəalara yenidən baxılsın”.

Digər deputat Vüqar Bayramov “Startaplar haqqında” qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu vurğulayıb:

“Növbəti sessiyada bu layihə hazırlanmalıdır. Bilirsiniz ki, onlarda ideya olur, vəsait olmur. Dünya iqtisadiyyatı əsasən bu sahədən gəlir əldə edir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycanı “ölü”, qapalı dövlətə çevirmək olmaz” – VAHİD ƏHMƏDOV FAZİL MUSTAFAYA DA ETİRAZ ETDİ

Read Next

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi- TAHİR MİRKİŞİLİ AZƏRBAYCAN İQTİSADİYYATININ RİSQLƏRƏ HAZIR OLDUĞUNU DEDİ, VAHİD ƏHMƏDOV TƏHSİL KREDİTLƏRİ, RƏQABƏT MƏCƏLLƏSİ MƏSƏLƏSİNİ QALDIRDI – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir