“Məsuliyyət və vicdan hissini unutmaq olmaz…”-ELDƏNİZ SƏLİMOV

Hər kəs koronavirusla bağlı tələb edilən qaydalara, qərarlara əməl etməlidir. Kimsənin bundan imtina etməyə, xüsusi karantin rejimini pozmağa, özü ilə bərabər digərlərinin də həyatına təhlükə yaratmağa haqqı yoxdur. Bu, elə bir məsələ və məqamdır ki, hamıdan böyük məsuliyyət və vicdan tələb edir. Məsiliyyəti və vicdanı itirmək olmaz. Amma təəssüflər olsun ki, hələ də bu məsələnin məsuliyyətini, ciddiyyətini axıracan dərk etməyənlər, qaydalardan, qərarlardan yayınmğa cəhd edənlər, panika yaratmağa meylli olanlar var. Belələri öz səhvlərini, xətalarını anlamalı və tutduqları ziyanlı yoldan geri dönməlidirlər. Hətta, lazım gələrsə, belələri ictimai qınağa çəkilməli, onlara qarşı hüquqi müstəvi sərtləşdirici addımlar atılmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

“Dünyada, ətrafımızda hər gün, hər an nələrin baş verdiyini hər birimiz yaxşı görürürk. Artıq ölkəmizdə də müəyyən narahatlıq doğuran məqamlar, koronavirusa yoluxanların sayında artım müşahidə edilir, amma bununla belə, bu təhlükənin yayılmasının qarşısının alınması, önlənməsi üçün də böyük iradə, qətiyyət ortadadır. Dövlət və dövlət başçısı bu istiqamətdə lazım olan bütün addımları atır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, cənab Prezidentin və ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əmək haqqını, məvacibini Fonda ianı etməsi, dalğalanmaların təsirinin azaldılması üçün büdcədən 1 milyarda manat vəsaitin ayrılması və sair addımlar deyilənlərə əyani sübutdur.

İstər ölkə Prezidenti, istərsə də Birinci xanım öz çıxış və müraciıtlərində bu həssas məqamlarda Azərbaycan dövlətinin bir daha öz vətəndaşının yanında olduğunu bildirir, eyni zamanda, hər kəsi məsuliyyətə dəvət edirlər. Bunlar isə nəticədə Azərbaycan insanında bir daha özünəinəam, dövlətinə inam hisslərini gücləndirir, hamı dövlətinin onun yanında olduğunu bir daha əyani şəkildə hiss edir və bununla öyünür. Odur ki, dövlətin öz insanını bu bəladan, bu təhlükədən uzaq tutmaq üçün gecə-gündüz addımlar atdığı bir məqamda, hamı buna uyğun davranmalı, dövlətinə dəstək olmalı, həmrəylik nümayiş etdirməlidir. Bir olaq, birlikdə olaq ki, daha güclü və daha sağlam olaq. Biz dövlətimizlə birlikdə bunu da bacaracağıq, bunun da öhdəsindən birlikdə gələcəyik”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Heç kimin digərlərini və cəmiyyəti təhlükəyə atmaq haqqı və hüququ yoxdur” – MİLLƏT VƏKİLİ

Read Next

Milli Məclisin 4-cü plenar iclası martın 30-da keçiriləcək-İCLASIN GÜNDƏLİYİNƏ 16 MƏSƏLƏ DAXİLDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir