“Məzahir müəllim dedi ki, yaxşı arzudur…” – NATİQ CƏFƏRLİ MSK-NIN İCLASINDAN, 11 MƏNTƏQƏNİN NƏTİCƏLƏRİNİN LƏVĞİNDƏN DANIŞDI

MSK-nın iclası indi bitdi. Məzahir müəllim dünən ad günümdə çağırdıqları üçün üzr isdədi, kaş ki seçkilərə görə də bir gün üzr istəsin. Səslərin hüquqi və siyasi yolla qorunmağa davam edirik! Deməli, hələlik rekord sayda – 11 məntəqənin nəticəsi mənim dairəmdə ləğv edildi.

Etikxeber.az xəbər verir ki, bunu 12 saylı Dairədən deputatlığa namizəd Natiq Cəfərli deyib.

“Daha bir məntəqə ilə bağlı ilə dedilər ki, “protokola möhür vurulub, amma imza yoxdur deyə baxmırıq”, çünki həmin məntəqədən MSK-ya deyiblər ki, möhürün kim və necə vurduğunu bilmirik. Mən də dedim ki, yəqin Kopperfild vurub möhürü, yanımda əyləşən Gülağa bəy bığaltı güldü. Sonda Məzahir müəllimə dedim ki, hüquqi yol heç, sona qədər gedəcəyik, amma əsas odur ki, 2-ci sinifdə oxuyan oğlum böyüyəndə tarix kitablarında bu gün etdiyinizi oxuyub utanmasınlar – əsas bunun üçün çalışacağıq. Məzahir müəllim də dedi ki, yaxşı arzudur…Yola davam!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi-BAĞLADI…

Read Next

Sabiq deputat və deputatlığa namizəd-ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir