“Maaş aşağı olacaqsa…” – FAZİL MUSTAFA BÜDCƏ MÜZAKİRƏLƏRİNDƏ SƏRT DANIŞDI

Ölkədə əsas problem insanların pul qazanmasının yollarının bağlanmasıdır. Narazılıq da buradan qaynaqlanır. Kölgə iqtisadiyyatı, inhisarçılıq, korrupsiya normal şəkildə sahibkarlıq fəaliyyətinə imkan vermir. Əmək və əhalinin sosial müdafiəsi naziri söylədi ki, dövlət dəstəyi ilə 65 iş yeri açılacaq, əslində bu da insanlar üçün məşğulluq problemini həll etmir. Maaş aşağı olacaqsa, kimsə bu iş yerlərində çalışmağa maraqlı olmayacaq.

Siz bütün maneələri götürün, sahibkarlar özləri bu iş yerlərini yaradacaqlar. Sahibkarın da belinə o qədər yük qoyulub ki, adamlar harasa investisiya yatırmaqdan qorxur. Üstəlik də banklar aşağı faizlə kredit vermirsə, məhdud pul vəsaiti köçürmə imkanı tanınırsa, üstəlik də inhisarçılığın qarşısında müdafiə oluna bilmirsə, adam iqtisadiyyata necə investisiya yatıra bilər?

Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin (MM) bir neçə komitəsinin birgə iclasında 2020-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son vaxtlar yaradılan publik hüquqi şəxslərin dövlət tərəfindən maliyyələşmə mexanizmində dəqiqləşdirmələr aparılmalıdır:

mm-bud

“Əvvəllər rüşvətlə başa gələn işlər, indi bu qurumların “xidmət haqqı” adı altında aldığı məbləğin yanında toya getməlidir. Nədənsə yaradılan bütün qurumların ilk işi vətəndaşdan necə artıq pul qoparmaqdan iibarət olur. Halbuki, gəlin əvvəlcə vətəndaşa pul qazanmağa imkan yaradaq, sonra vergisini, sığorta ödənişlərini tələb edək.

2020-ci ilin yanvarın birindən ölkədə bütün daşınmaz əmlaka icbarı sığorta tətbiq olunacaq. Adətən sığortanı əmlak risqinə görə tətbiq edrlər, ucdantutma daşınmaz əmlakın sığortası yanlış və lazımsız yoldur, vətəndaşdan əlavə pul qopartmaq vasitəsi kimi düşünülüb.

Əlil uşaqlar üçün ayda verilən müavinətin məbləği 15 manatdır. Təsəvvür edirsinizmi ki, bu rəqəm o uşağın üç günlük problemini çözməyə uyğun deyil?! Bu rəqəm ən azı üç dəfə artırılmalıdır.

Kitab və çap məhsullarına qoyulan 18%lik ƏDV sıfırlanmalıdır. Onsuz da ölkədə savadsızlıq baş alıb gedir. Heç olmazsa, kitab çapı sahəsində qiymətləri aşağı salmaqla insanları oxumağa daha çox təşviq edə bilərik.

Bizdə deyirlər ki, iş vaxtı guya gündə 8 saatdır. Halbuki bu rəqəm 12-13 saata qədər çıxır. Bakıda tıxac o səviyyədədir ki, adam iki saat öncə evdən çıxır, iş vaxtından iki saat sonra evinə yetişə bilir. Bu insanların yollarda keçən vaxtını hansısa formada konpensasiya ilə ödəməyi düşünməliyik. Tıxacı həll etmirsinizsə, heç olmazsa, vaxt itkisinə məruz qalan vətəndaşa əlavə ödəniş verilməlidir.

Bütün məktəbli geyimində olan uşaqların ictimai nəqliyyatdan pulsuz istifadəsi mütləq təmin olunmalıdır. Ölkədə bəlkə də gələcəyimiz üçün ən vacib problemlərdən biri budur”.

Millət vəkili həmçinin deyib ki, gələn ildən icbari tibbi sığorta tətbiq olunacaq.

“Çox yaxşı. Ancaq deyək ki, vətəndaş normal müaəlicə olundu. Onu harasa aptekə dərman almağa göndərəcəklərmi? O halda bahalı və keyfiyyətsiz dərmanları almağa onun pulu yetəcəkmi? Biz xaricə gedəndə qohum-tanış hamısı siyahı verir ki, bəs, bizə filan dərmanı al! Səbəb odur ki, Azərbaycandakı dərman mafiyası dərmanın keyfiyyət göstəricilərini dəyişir və baha qiymətə xalqa sırıyır.

Qida təhlükəsizliyi də digə yandan bir bəlaya çevrilib, ona görə də onkoloji xəstəxananın qarşısında insanlar o biri dünyaya bilet növbəsində az qala bir-birinin üstünə çıxırlar…

Ölkə prezidenti çox şeyi açıq spöyləyir, bizlər isə hələ də qorxa-qorxa inhisarçılıqdan, kottupsiyadan danışırıq. Genişmiqyaslı özəlləşməyə start verilməlidir, dövlət müəssisələrinin böyük əksəriyyəti rentabelli deyil, büdcənin sosial yükünü azaltmanın tək yolu vətəndaşlara gerçək iqtisadi azadlıqların verilməsindən keçir…”-deyə, F. Mustafa sözlərinə əlavə edib.

Qeyd edək ki, son illərdə ilk dəfədir ki, komitələrdə büdcə müzakirələri jurnalistlərin geniş iştirakı olmadan keçirilir.

Büdcə müzakirələri sabah da jurnalistlərin geniş iştirakı olmadan davam etdiriləcək.

Etikxeber.az

Read Previous

Prezident Goranboyla bağlı Sərəncam imzaladı

Read Next

Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini üzərinə götürdü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir