Maaşlar və minimum aylıq əməkhaqqı artırıldı – PREZİDENTDƏN ÖNƏMLİ SƏRƏNCAMLAR – YENİLƏNİB – (3)

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir  ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilir.

Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncama uyğunlaşdırmaq tapşırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

***

Prezident  təhsil müəssisələrində çalışan bir sıra şəxslərin maaşlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb.

Belə ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılır.

Maaşları artırılanlar arasında dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər də var.

Müvafiq sərəncama əsasən, onların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq.

***

96-4

İlham Əliyev Azərbaycanın güc strukturları əməkdaşlarının maaşlarının artırılması haqqında bir sıra sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılır

Bundan başqa, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı da vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılacaq.

Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

***

Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşları artırılıb.

Sərəncama əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

***

İlham Əliyev  həmçinin dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycanın dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır:

– Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

– Heydər Əliyev Mərkəzi;

– “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

– Azərbaycanda Atatürk Mərkəzi;

– Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

– Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

– Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

– Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

– Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.

Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etmək tapşırılıb.

Etikxeber.az

Read Previous

“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi ilə bağlı İşçi Qrupu yaradıldı – QRUPA SƏDAQƏT VƏLİYEVA RƏHBƏRLİK EDƏCƏK

Read Next

“Son sərəncamlar tarixi və inqilabi sərəncamlardır” – ELDƏNİZ SƏLİMOV – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir