Macarıstan-Portuqaliya, Fransa-Almaniya – AVRO-2020-NİN BİRİNCİ TURUNUN SON OYUNLARI KEÇİRİLƏCƏK…

AVRO-2020-də qrup mərhələsinin I turu başa çatır.

Etikxeber.az məlumat verir ki, bu gün sonuncu – F qrupunda mübarizəyə start veriləcək.

Bununla “ölüm qrupu”nda ilk görüşlər keçiriləcək. Əvvəlcə son Avropa çempionu Portuqaliya meydana çıxacaq.

Kriştiano Ronaldonun başçılıq etdiyi komanda Budapeştdə qrupun autsayderi sayılan Macarıstanın qonağı olacaq.

Birinci tura Münhendə yekun vurulacaq.

Turun mərkəzi qarşılaşmasında son dünya çempionu Fransa böyük yarışların hər zaman iddialılarından olan Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Rəqibini sonuncu dəfə 2014-cü ildə məğlub etməyi bacaran almanlar yenilənmiş heyətlə turnirin bir nömrəli favoriti önündə 7 illik həsrətə son qoymağa çalışacaq.

AVRO-2020
I tur, 15 iyun
F qrupu
20:00. Macarıstan – Portuqaliya
Baş hakim: 
Cüneyt Çakır (Türkiyə)
Budapeşt. “Puşkaş Arena”

23:00. Fransa – Almaniya
Baş hakim: 
Karlos del Serro Qrande (İspaniya)
Münhen. “Allyans Arena”

Etikxeber.az

Read Previous

“Azərbaycan dövlətinin qazandığı beynəlxalq nüfuz məhz Heydər Əliyevin siyasi kursunun İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində reallığa çevrilib”-MİLLƏT VƏKİLİ

Read Next

Evin tək və subay oğlu-CƏMİL MƏMMƏDLİNİN ŞƏHİDLİYİNDƏN 8 AY KEÇİR – AİLƏSİ ŞƏHİDİN MƏZARINI ZİYARƏT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir