“Madriddə yaşanan problemlər reallıqları ortaya qoydu…” – SONA ƏLİYEVA

Sona Əliyeva: Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ən təhlükəsiz şəhərlərdəndir

Dünyada nüfuzlu dövlət kimi tanınan Azərbaycanda mötəbər tədbirlər yüksək səviyyədə təşkil edilir. Belə tədbirlər sırasında mədəni, humanitar forumlar, idman yarışları və digərləri xüsusi yer tutur. Mayın 29-da paytaxt Bakı daha bir möhtəşəm tədbirə – UEFA Avropa Liqasının final matçına uğurla ev sahibliyi etdi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  millət vəkili Sona Əliyeva deyib.

celsi-2

uefaaaaaa

celsi-3

liverpullllll

“İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yenilədi.

Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar sırasında ən çox tamaşaçı tutumuna malik arena oldu” – deyən S.Əliyeva bildirib ki, final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın belə mötəbər tədbirləri təşkil etmək üçün müasir infrastruktura – idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkə olması növbəti dəfə sübuta yetirildi.

O, qeyd edib ki, eyni zamanda, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi:

“Bütövlükdə, Azərbaycan mükəmməl şərait yaratmaqla bəhs olunan final qarşılaşmasının ideal səviyyədə baş tutmasını təmin etdi, dünya mediası növbəti dəfə Azərbaycanın müsbət reallıqlarından yazdı, paytaxt Bakı bir daha bütün dünyanın nəzərində oldu. Avropa Liqasının final matçının Bakıda ən yüksək səviyyədə keçirilməsi də ölkəmizin bu sahədəki zəngin təcrübəsini, iqtisadi gücünü və təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. Bununla da oyunlardan əvvəl bəzi dairələr tərəfindən ortaya atılan spekulyasiyalar, iddialar alt-üst oldu, onlar Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilmədilər.

sonya-alieva-suleymanova

Bu gün bütün beynəlxalq mediada Azərbaycanın uğurla təşkilatçılığından, final matçının yüksık sıviyyədə həyata keçirilməsindən yazılır, danışılır. Bakıya gələn qonaqlar ölkəmizin müsbət reallıqlarından, Bakıda gördüklərindən razılıqla danışırlar. Yeri gəlmişkən, iyunun 1-də UEFA Çempionlar Liqasının final oyununun keçirildiyi  Madriddə yaşanan problemlər bir daha reallıqları ortaya qoydu. Bütün bunlar təsdiqləyir ki, Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ən təhlükəsiz şəhərlərdən biridir”.

Etikxeber.az

 

Read Previous

Ronaldonun qolu Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşısı seçildi

Read Next

“Tramp əməkdaşlığa əsaslanan tərəfdaşlığın tərəfdarıdır” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir