Mahatma Qandi-150 – FOTOLAR

Hindistanın Azərbaycandakı səfirliyi ölkəsində sülhün və qeyri-zorakılığın müdafiəçisi, azadlıq hərəkatının lideri Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tədbir keçirib.

Etikxeber.az xəbər verir ki, tədbirdə Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai, Milli Məclisin deputatları Jalə Əliyeva və Qənirə Paşayeva çıxış ediblər.

mahatma-jala

mahatma-qani-1

mahatma-qani

Çıxışçılarda qeyd olunub ki, Mahatma Qandi Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndəsi idi. Onun fəlsəfəsinin əsasını zorakılıqla mübarizə və sülhün təbliği təşkil edib. O, bütün dinlərin bərabər olduğuna inanır, Cənubi Afrikada hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər mübarizə aparırdı. Afrikadan Hindistana qayıtdıqdan sonra yoxsul əkinçiləri və fəhlələri ağır vergi siyasətinə və ayrı-seçkiliyə qarşı təşkilatlandırıb.

Qeyd olunub ki, Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrı-seçkiliyinə son qoyulması, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində mühüm işlər görüb.

Bildirilib ki, Mahatma Qandi Böyük Britaniyanın Hindistandan aldığı duz vergisinə qarşı 1930-cu ildə təşkil etdiyi “Duz yürüşü” ilə xalqının müstəmləkəçiliyə qarşı mübarizəsinə rəhbərlik edib. Dünyəvi həyatdan uzaq yaşayaraq sadə bir ömür sürüb. O, topluma xidmət edən hər kəsin sadə həyat yaşamalı olduğuna inanıb, mənəvi təmizliyi hər şeydən uca tutub.

Tədbir bədii hissə ilə davam edib.

Etikxeber.az

Read Previous

“Zatulin ermənipərəst fəaliyyətə o qədər aludə olub ki…” – SAHİBƏ QAFAROVA

Read Next

Zatulinin məsuliyyətsiz açıqlamaları Rusiyanın əleyhinə olan yanaşma kimi dəyərləndirilməlidir – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir