Mais Səfərli-İMAMVERDİ İSMAYILOVLA MÜBARİZƏ APARACAQ…

Deputatlığa namizədliyi qeydə alınan tanınmışlar arasında sabiq deputat, Yurddaş Partiyasının sədri Mais Səfərli də var.

Etikxeber.az-ın xəbərinə görə, M.Səfərli bu dəfə namizədliyini Bakıdan deyil, 125 saylı Qubadlı-Zəngilan Seçki Dairəsindən verib.

Onun namizədliyi 125 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Qeyd edək ki, əslən qubadlılı olan M. Səfərli bir dəfə millət vəkili seçilib, o, 2000-2005-ci illərdə ikinci çağırış Milli Məclisdə (MM) təmsil olunub.

İxtisasca jurnalist olan M. Səfərli həmçinin, 2005-ci ildə, 3-cü çağırış seçkilərə qatılsa da, yenidən MM-ə düşə bilməyib.

Onu da qeyd edək ki, Yurddaş Partiyası Yurddaş Cəmiyyətinin bazasında yaradılıb.

28 ilə yaxındır ki, bu partiyaya M. Səfərli rəhbərlik edir.

Yurddaş Cəmiyyəti isə eks-prezident Ayaz Mütəllibovun dönəmində yaradılıb və onun yaradılmasında sabiq birinci vitse-premyer Abbas Abbasovun da rolu olub.

125 saylı Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyası (YAP) 5 dəfə millət vəkili olan tanınmış jurnalist  İmamverdi İsmayılovun namizədliyini irəli sürüb.

Onun  da namizədliyi qeydə alınıb.

Etikxeber.az

 

Read Previous

“Uşaqları üçün aliment ödəməkdən yayınan ataların sayı getdikcə artır” – MİLLƏT VƏKİLİNDƏN ETİRAZ

Read Next

Daha bir deputatın övladı seçkilərə getdi- MİRKAZIM KAZIMOVUN DA OĞLU NAMİZƏD OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir