Makron Fransasına heç inanmıram! -DEPUTAT YAZDI

Rəsmi Paris İtaliya baş nazirinin müavinini təxribatda suçlandırıb.

Nəymiş təxribat, bilirsinizmi? Sən demə, İtaliya baş nazirinin müavini neçə vaxtdır Fransada etiraz aksiyasına qalxan “sarı gödəkçəlilər”in təmsilçisiylə görüşüb. 

Demək, içində heç bir dəyər gəzdirməyən, psixikası pozuq adamlara “siyasi sığınacaq” verərək onlardan mənəviyyat terrorçusu düzəldib Azərbaycanın üzərinə qısqırtmaq demokratiya və söz azadlığına dəstək sayılır, Makronun yeritdiyi siyasətə etiraz edənlərin təmsilçisiylə görüş isə təxribatmış. 

Özü də söhbət o etirazçılardan gedir ki, Fransa polisi indiyədək aralarından yüzlərlə adamı həbsə atıb,neçə başı dağıdılan, gözü çıxarılan və hətta öldürülənləri də var. 

Yaxşı, tutaq ki, İtaliya baş nazirinin müavininin “sarı gödəkçəlilər”in təmsilçisiylə görüşü “təxribat”mış, bəs onda həmən Fransanın prezidenti Makronun aprelin 24-nü ölkəsində ağlaşama günü kimi elan etməsi nədir? Makron axı yaxşı bilir ki, belə bir soyqırımı olmayıb, bu uydurmadır. Və söhbət əsl soyqırımından gedirsə, onda onu törədənlərin başında məhz öz ölkəsi gəlir.

Makronun təbirincə desək, “tarixin düz gözünə baxan Fransa” Əlcəzair, Ruanda və digər Afrika ölkələrində törətdiyi soyqırıma gəldikdə nədən kora çevrilir? Yoxsa soyqırımına uğratdıqlarının yaraşıqlı və yarı çılpaq törəmələriylə qucaqlaşıb həm də şəkil çəkdirməklə Makron tarixin o qanlı anlarını unutdurduğunu düşünür? Bəlkə, bu həmən xalqlara qarşı Fransanın törətdiyi soyqırımının Makroncasına tanınmasıdır? Xeyr, bu cür şəkillər ancaq Makronun özünü unutduğunu göstərir və tanımayanlara onun kimliyini tanıdır.

Bilirsinizmi, Makron Fransasının Türkyəni etmədiyi soyqırımında suçlandırması əslində özünü satan qadının bakirə qızı əxlaqsız adlandırması kimi bir şeydir. Axı nəzarətində olan torpaqlarda, o sıradan Afrikada Osmanlının yerli xalqlarla necə humanist və ədalətli davrandığı heç kimə sirr deyil. Eyni zamanda o da sirr deyil ki, həmən torpaqların bir hissəsi Fransanın əlinə keçəndən sonra orada hansı vəhşiliklər törədildi.

Rəsmi Paris əslində Afrikada indi də keçmişdəkindən çox az fərqlənən siyasət yeridir. Xatırladaq ki, təqribən yarım ay bundan öncə İtalya baş nazirinin müavini Di Mayo Franasın hələ də Afrikada koloniyaçılıq siyasəti yeritməkdə, oranın təbii ehtiyyatlarını çapıb-talamaqda, əhalsini isə ölkələrindən qaçmağa vadar edərərək qayıqlarını Aralıq dənizinin sularına kömməkdə suçlandırmışdı. Di Mayo bildirmişdi ki, əgər Afrikada bu vəhşi və qəraətçi siyasəti yeritməsəydi, Fransa indi dünyada 6-cı yox, heç 15-ci iqtisadiyyat da olmayacaqdı. Bunu Fransa ilə enyi qurumda yer alan bir ölkənin yüksək vəzifəli rəsmisi deyir ey.

Açığı mən Dağlıq Qarabağ məsələsində Fransanın ədalətli demirəm, aydındır ki, belə bir dövlətdən ədalət gözləmək olmaz, beynəlxalq normaya yaxın sayılacaq mövqe tutacağına inanmırdım. Makron Fransasınınkına isə heç inanmıram!

Makron Fransasının uydurma hay soyqırımıyla bağlı son addımından sonra isə bu ölkənin Minsk qrupuna həmsədrliyi mənim nəzərimdə hardasa elə Ermənistanın həmsədrliyi kimi bir şeydir.

Sahib Alıyev,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Makron, siyasi yalanı burax, Xocalıya bax!” – HULUSİ KILIÇ

Read Next

Şamaxı, İsmayıllı və Ağsuda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına dair – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir