“Makron ikinci dərəcəli siyasətçi qismində Rusiya Prezidentinin əlinə oynamaqdan başqa heç nə qazanmadı…”-SAHİB ALIYEV

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dünənki Moskva görüşləri haqda geniş fikrimi bölüşəcəyəm.

Hələlik Rusiyanın “Kommersant” qəzetində həmən görüşə həsr edilmiş reportajdakı bir cümləni nəzərinizə çatdırıram:

“Dörd saatlıq danışıqlar nəticəsində imzalanan bəyanatı Nikol Paşinyan danışıqlar öncəsi imzalamaq fikrində deyildi”.

Yəni ki, Paşinyan noyabrın 10-da olduğu kimi, növbəti bəyanatı da əlacsızlıqdan imzalamaq zorunda qalıb.

Qəzetdə bunun ardınca o da açıq şəkildə vurğulanır ki, Ermənistanın baş naziri Moskva görüşündən istəklərini reallaşdırmadan evinə dönüb.

Beləliklə, görünür ki, bu görüş öncəsi Paşinyanın Makronla, Makronun Putinlə telefon danışıqlarıın da elə bir effekti olmayıb.

Onların istəklərindən biri də “status” məsələsilə yanaşı, noyabrın 26-dan sonra Ermənistandan Qarabağa göndərilən və təxribat törədərkən yaxalanan terrorçuların hərbi əsir sayılaraq buraxılması idi.

Ancaq görünən budur ki, Azərbaycan Prezidenti haylarla havadarlarının bu istəklərini də rədd edib.

Fransa Preizdenti Makron isə Moskva danışıqları öncəsi Vladimir Putinə zəng etməklə növbəti dəfə sözün hər anlamında Paşinyandan çox da fərqlənmədiyini ortaya qoymuş oldu.

O, həmin zəngi ilə ikinci dərəcəli siyasətçi qismində Rusiya Prezidentinin əlinə oynamaqdan başqa heç nə qazanmadı.

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

20 gün komada qalan, kontuziya alan, bədəninin 54 faizi yanan, dabanı, topuqları qırılan, başından qəlpə çıxarılan…3 ay 16 gündür müalicə alan…Qızılhacılının müzəffər oğlu-MÜZƏFFƏR MAQSUD OĞLU!

Read Next

17 il öncə imzalanan Sərəncam və fikir varisliyi-MM-İN KOMİTƏ SƏDRİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir