“Makron, siyasi yalanı burax, Xocalıya bax!” – HULUSİ KILIÇ

Hulusi Kılıç: 1915-ci ildə  heç Makronun babası dünyaya gəlməmişdi

Fransa prezidenti Emmanuel Makronun “1915-ci il hadisələrinin Fransada anma günü elan edəcəyinə” dair açıqlamasını peşə həyatının əhəmiyyətli bir hissəsini ASALA terroristlərinin təhdidləriylə keçirmiş bir diplomat olaraq şiddətlə qınayıram.

Etikxeber.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri (hazırda Türkəyinin Moldovadakı səfiri vəzifəsində çalışır-red) Hulusi Kılıç özünün “Facebook”statusunda  Fransa prezidentinin məlum qərarına münasibət bildirərəkən deyib.

Onun qeyd etdiyinə görə, tarixçilər tarixlə, siyasətçilər siyasətlə məşğul olsunlar:

“Prezident Makron tarixçi deyil, siyasi yalanı burax, Xocalıya bax”.

Səfir sonra qeyd edib ki, 1915-ci il  hadisələri hüquqi, tarixi və akademik aspektləri ilə qanuni bir müzakirə mövzusudur.

Kılıçın yazdığına görə, bu, siyasətçilərin deyil, tarixçilərin məsələsidir:

“1915-ci ildə Makronun babası da dünyaya gəlməmişdi”.

Səfir daha sonra yazıb ki, Türkiyə tərəfi Makronun Osmanlı tarixini yaxşı öyrənməsini gözləyir.

“Onun ifadələri Fransada yaşayan 700 mindən çox türk vətəndaşı və türk mənşəli fransız vətəndaşı və qardaş Azərbaycan vətəndaşları başda olmaqla türk respublikalarının vətəndaşları üçün hörmətsizlikdir.

Belə təhlükəli və bölücü bir addımın atılması Fransada narahatlıq və ayrı-seçkilik yaradacaq.

Qurtuluş savaşı dönəmində ermənilərdən də istifadə edərək Anadoludakı zülmləri, yaxın keçmişdə Əlcəzairdə və Ruanda həyata keçirdiyi qətliamlar, soyqırımlar yaddaşımızdadır.

Həmçinin, son 45 ildə bəziləri Fransada olmaqla, 42 günahsız türk diplomatının erməni terroristləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi və 27 il əvvəl erməni cinayətkar dəstələri tərəfindən Xocalıda törədilən qətliam qarşısında susqun qalanlar tarixin küllərini qarışdıraraq, başqalarını günahlandırması insan zəkasına həqarət kimi qiymətləndirirəm.

Biz Fransa prezidenti Makronun atacağı bu təhlükəli, parçalanma və yanlış addımdan imtina etməsini gözləyirik”-deyə, səfir sonda qeyd edib.

Etikxeber.az

Read Previous

İxtisaslı modelyer-texnoloqam – BAHAR MURADOVA

Read Next

Makron Fransasına heç inanmıram! -DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir