“Maksimum diqqətli olmağa çalışacağıq…” – QURBAN QURBANOV

Sabah rəqib həddindən artıq istəkli ola bilər. 

Etikxeber.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik”-deyən Q. Qurbanovun sözlərinə görə,  hücumlar  müdafiədən və əks-hücumlar üzərində ola bilər.

“Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda, əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda maksimum diqqətli olmağa çalışacağıq”-deyə, Q. Qurbanov sözlərinə əlavə edib.

Qeyd edək ki, Kiprin GSP stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Etikxeber.az

Read Previous

X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı – FOTO

Read Next

4 ədəd top mərmisi aşkarlandı – XƏTAİDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir