Malayziyada dini məktəbdə güclü yanğın: azı 25 nəfər ölü – FOTO

Malayziyanın paytaxtı Kuala-Lumpurda dini məktəbdə güclü yanğın baş verib.

Etikxeber.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 25 şagird və müəllim yanaraq ölüb.

Məlumata əsasən, müsəlman məktəbində yanğın yerli vaxtla saat 05:00 radələrində başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, hazırda xilasedici əməliyyat davam edir. Məktəbdə baş verən yanğının səbəbi hələ ki, məlum deyil.

Hazırda Malayziyada 519 özəl müsəlman məktəb mövcuddur. Onların əksəriyyətinin qeydiyyatsız fəaliyyət göstərdiyi bildirilir. Faciə ilə əlaqədar Malayziyanın baş naziri Nəcib Rəzzak ölənlərin yaxınlarına baş başsağlığı verib.

Etikxeber.az

Read Previous

Xanım İbrahimova Azərbaycanı İsveçrədə təmsil edəcək- SƏRƏNCAM

Read Next

Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul etdi- FOTO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir