Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edəcək.
Etikxeber.az-ın xəbərinə görə görə, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə adıçəkilən komitənin oktyabrın 19-da keçirilən iclasında deyib ki, bununla əlaqədar “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, belə ki, sözügedən qanuna 17.3-cü maddə əlavə edilir.
Yəni, həmin maddəyə əsasən, həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir. Bundan başqa, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”qanunlara təklif edilən dəyişikliklərə görə, Mərkəzi depozitar, investisiya şirkətləri, Milli poçt operatoru, investisiya fondları, banklar, bank olmayan kredit təşkilatları da beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səalhiyyətli orqanlarına təqdim etməlidir.
Layihə MM-in plenar iclasına tövsiyə edilib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az