Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarını yerləşdirilməsi üzrə hərraclar keçiriləcək

 

Oktyabrın 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərraclar keçiriləcək.

BFB-dən Etikxeber.az-a bildiriblər ki, istiqrazların ümumi həcmi 10 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2017-ci il oktyabrın 24-dür.

Digər hərrac üzrə istiqrazların ümumi məbləği 17 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi gələn il aprelin 25-dir.

Hər iki hərracda “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Etikxeber.az

Read Previous

Ölkəyə qanunsuz yolla gətirilən 27 ədəd mobil telefon müsadirə edilib

Read Next

Müslüm Maqomayev adına vokal müsabiqəsinin qalibi kim oldu?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir