“Maliyyə böhranı, sosial problemlər ağırlaşsa da…” -SEVİNC FƏTƏLİYEVA

Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir. Dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar ölkəmizin “Doing Business 2019” hesabatında yeni rekorda imza artmasına imkan yaradıb. Azərbaycan 10 ən islahatçı ölkə siyahısında qərarlaşıb və MDB ölkələri arasında lider mövqe tutur.

Etikxeber.az xəbər verir ki, bu fikirləri millət vəkili Sevinc Fətəliyeva söyləyib.

“Son üç ayda aparılan sosial islahatlar inqilabi qərarlardır. Uğurlu sosial-iqtisadi siyasət gücümüzün artması ilə nəticələnib. Azərbaycan dövlətinin sosial siyasət fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifahına istiqamətləndirməkdir. Son illər bir çox ölkələrdə maliyyə böhranı, sosial problemlər ağırlaşsa da, ölkəmizdə sosial layihələrin reallaşması, iqtisadi islahatların həyata keçirilməsi eyni templə davam etdir”-deyən deputat ölkə prezidentinin digər sərəncam və fərmanlarından da söz açaraq bildirib ki, bu sənədlər insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına həssas münasibətin təzahürüdür.

“Azərbaycan prezidentinin rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət sayəsində yoxsulluq və işsizlik səviyyəsi aşağı düşüb, vətəndaşların rifahı yaxşılaşıb, əhalinin bütün seqmentləri üçün sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalı, sosial infrastruktur gücləndirilib”– deyə, S. Fətəliyeva vurğulayıb.

Etikxeber.az

Read Previous

“Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır” – MİLLƏT VƏKİLİ

Read Next

Millət vəkilləri və hökumət üzvləri yenidən bir araya gəlir – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir