Maliyyə Nazirliyindən bəzi KİV-lərə xəbərdarlıq

“Ötən gün bəzi xəbər saytlarında Maliyyə Nazirliyinin xəzinədarlıq sisteminin çökməsi ilə bağlı əsassız məlumatlar dərc edilib”.

Etikxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətində qeyd ediblər ki, bu cür cəfəng xəbərlərin heç bir əsası yoxdur: “Xəzinədarlığın İdarəedilməsinin  İnformasiya Sistemi fasiləsiz və tam funksionallığı ilə real vaxt rejimində fəaliyyət göstərir. Həmin sistem vasitəsilə büdcə təşkilatların xərcləri vaxtlı-vaxtında həyata keçirilir. Odur ki, ictimaiyyətə qeyri dəqiq və yanlış məlumatı çatdıran saytlardan həqiqətə uyğun olmayan informasiya ilə bağlı təkzibin dərc olunması tələb olunur” – deyə, açıqlamada qeyd olunur.

Maliyyə Nazirliyi xəbərdarlıq edir ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar təkrarən kütləvi informasiya vasitələrində yayıldığı halda qurum tərəfindən həmin saytlara və onların təsisçilərinə dair mövcud qanunvericiliyə uyğun sərt addımlar atılacaq.

Etikxeber.az

Read Previous

G-4 ölkələrinin xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasını islahatlara çağırıb

Read Next

Deputatlar yumruq davasına çıxdılar-VIDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir