Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

Fevralın 21-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək.

BFB-dən Etikxeber.az-a verilən məlumata görə, istiqrazların ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 2017-ci il avqustun 22-dir.

Hərracda “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Etikxeber.az

 

Read Previous

Yenidənqurma və İnkişaf, Avropa İnvestisiya Bankından maliyyənin ayrılmasını gözləyirik – ƏLİYEV- FOTO

Read Next

“Azərbaycan beynəlxalq görüşlərinin keçirilməsi üçün ən təhlükəsiz məkandır” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir