Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Etikxeber.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 2-si ilə müqayisədə dəyişməyərək 1,6490 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,41% möhkəmlənərək 1,8329 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 2-si ilə müqayisədə 0,38% zəifləyərək 0,0260 manat səviyyəsinə enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,1% bahalaşaraq 0,5292 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0332 manatdır. Beləliklə, funt sterlinq 0,72%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 1,35% zəifləyərək 0,6772 manat təşkil edib.
Etikxeber.az