Manatın tam üzən məzənnəyə keçməsinə hazır deyilik – DEPUTAT

“Mərkəzi Bank 4 fazilik marjanı ləğv etsə də, düzünü desəm,  bu gün  Azərbaycanın manatın  tam üzən məzənnəyə keçidinə hazır olduğunu görmürəm”.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında  millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, manatın tam üzən məzənnəyə keçidində naratlıq doğuran məqam isə ondan ibarətdir ki, əhalidə manata inamsızlıq yaradılıb.
“Əhalidə manata  inamsızlıq yaradıldığından vətəndaş əldə etdiyi gəliri dərhal xarici valyutaya çevirmək istəyir. Bax bu, narahatçılıq doğuran məsələdir. Tam üzən məzənnəyə keçilərsə, bu, müəyyən fəsadlarla müşahidə oluna bilər”– deyə, millət vəkili vurğulayıb.
Maliyyə bazarında yaranmış vəziyyətə görə bankları da fəaliyyətsizlikdə ittiham edən millət vəkili deyib ki, bu məsələdə bankların günahı az  deyil:
“Onlar yaranmış vəziyyətdə hərəkət etmir. Banklar da oturub hökumətdən nəsə umur. Bax bu məsələlər bizi narahat edir. Çünki Azərbaycanda oturşmuş maliyyə bazarı yoxdur”.
O, hesab edir ki, Azərbaycanda oturuşmuş maliyyə bazarı, maliyyə birjaları olmadığından, manatın məzənnəsi tənzimlənməlidir
“Əgər maliyyə birjası sərbəst fəaliyyət göstərə bilmirsə, o zaman manat tənzimlənən üzən məzənnə ilə idarə olunmalıdır. Manatın məzənnəsi Mərkəzi Bank  tərəfindən tənzimlənməlidir. Əks təqdirdə, bu, fəsadlara yol aça bilər.
Yəni, nəticədə  ölkədə maliyyə bazarında intizamın pozulmasına gətirib çıxarar. Necə deyərlər, Marksın sözü ilə ifadə etsək, “əgər  bir ölkəni məhv etmək istəyirsənsə, onun bank sistemini və maliyyə bazarını laxlat”.
Odur ki, bu məsələdə ehtiyatlı olmalıyıq və maliyyə bazarına ciddi nəzarət  edilməlidir”– deyə, T. Kərimli vurğulayıb.
M.B
Etikxeber.az

Read Previous

İntihara cəhd edən şəxs xəstəxanada öldü

Read Next

Daha bir marşrut xəttinin hərəkətində dəyişiklik edilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir