“Mançester Siti”, “Liverpul”, “Levante”, “Atletik Bilbao” sevincli…

İngiltərə Premyer Liqasının dördüncü turuna start verilib.

Etikxeber.az xəbər verir ki, çempionluğa iddialı iki klub “Mançester Siti” və “Liverpul” növbəti qələbələrini qazanıb.

“Liverpul” səfərdə “Börnli” klubunun qapısından üç, Mançester təmsilçisi isə öz meydanında “Brayton” komandasının qapısından dörd cavabsız top keçirərək aktivlərinə növbəti xalları yazıblar.

Günün gözlənilməz hesabı “St. Mary” stadionunda qeydə alınıb. “Mançester Yunayted” səfərdə “Southempton” qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

UEFA Avropa Liqasının sonuncu qalibi “Çelsi” də üçüncü turda 1 xalla kifayətlənib. London təmsilçisi doğma azarkeşlər önündə “Şeffild Yunayted” komandası ilə heç-heçə edib – 2:2.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Kristal Palas” – “Aston Villa” – 1:0;

“Lester Siti” – “Bormunt” – 3:1;

“Nyukasl Yunayted” – “Vatford” – 1:1;

“Vest Ham” – “Norviç Siti” – 2:0;

Qeyd edək ki, sentyabrın 1-də-bu gün baş tutacaq iki qarşılaşma ilə tura yekun vurulacaq.

Həmin görüşdə “Arsenal” klubu “Tottenhem” komandasını, “Everton” isə “Volverhemton”nı qəbul edəcək.

İspaniya La Liqasının da üçüncü turunun növbəti beş oyunu keçirilib.

Turun gözlənilməz hesabı “Barselona” və “Osasuna”ın oyununda qeydə alınıb. Kataloniya təmsilçisi “Barselona” səfərdə “Osasuna”nı məğlub edə bilməyib (2:2). “Barselona”ın heyətində qolları Ansu Fati və Artur, meydan sahiblərinin isə heyətində hər iki qolu Roberto Torres vurub.

“Qarabağ” komandasının UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri “Sevilya” öz meydanında “Selta Viqo”nu qəbul edib.

Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Ötən mövsüm İspaniya çempionatında beşinci yeri tutan “Sevilya”nın heyətində Franko Vazquez 81-ci dəqiqədə hesabı açıb. Bundan iki dəqiqə sonra qonaqlar Denis Suarezin vurduğu topla hesabı bərabərləşdiriblər. Beləliklə, öz meydanında xal itirmələrinə baxmayaraq, baş məşqçi Xulen Lopeteqinin yetirmələri bu matçdan sonra xallarının sayını yeddiyə çatdıraraq İspaniya çempionatında liderliklərini möhkəmləndiriblər.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Atletik Bilbao” – “Selta Viqo” – 2:0;

“Xetafe” – “Deportivo Alaves” – 1:1;

“Levante” – “Real Vallyadolid” – 2:0;

“Real Betis” – “Leqanes” – 2:1.

Qeyd edək ki, tura sentyabrın 1-də-bu gün dörd oyunla yekun vurulacaq.

turki-1

Həmçinin, Türkiyə Superliqasının üçüncü turu çərçivəsində keçirilən oyunlarda “Beşiktaş” doğma meydanda “Rizespor”u qəbul edib.

“Vodafon Arena”da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə ilk hesabı 37-ci dəqiqədə Rize təmsilçinin hücumçusu Oğulcan Çağlayan açıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 54-cü dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Caner Erkinin ötürməsini Damaqoy Vida dəqiq yerinə yetirərək hesaba tarazlıq gətirib. Tərəflər bundan belə çox çalışsalar da, oyunda hesab dəyişməyib. Beləliklə, “Beşiktaş” və “Rizəspor” klubları arasında keçirilən qarşılaşmada qalib müəyyənləşməyib 1:1.

Turun digər oyununda “Konyaspor” doğma meydanda “Antalyaspor”u qəbul edib. Gərgin keçən qarşılaşmada komandalar hər biri iki qol vurublar 2:2. Digər görüşdə isə “Dənizlispor” səfərdə “Göztəpə”nin qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb.

Bununla “Beşiktaş” çempionatda 4 xalla 7-ci pillədə qərarlaşıb.

Türkiyə Superliqasında üçüncü turun digər oyunları sentyabrın 1-də-bu günkeçiriləcək.

Etikxeber.az

Read Previous

Laksalt “Torino”da, Elyunussi “Seltik”də…

Read Next

Növbəti qanlı şənbə – ABŞ-DA – AZI 5 ÖLÜ, 21 YARALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir