“Mançester Siti” “Milan”ın futbolçusunu transfer etmək-İSTƏYİR

“Mançester Siti” klubu yay transfer pəncərəsində növbəti hədəfini açıqlayıb.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, “şəhərlilər” Milan təmsilçisinin yarımmüdafiəçisi İsmayıl Bennaseri əldə etmək istəyirlər.

Mançester təmsilçisi bu transferi klubdan gedəcəyini açıqlayan ispaniyalı yarımmüdafiəçi David Silvanın əvəzedicisi kimi baxır.

“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola əlcəzairli futbolçunu heyətə qatmaqda şəxsən maraqlıdır. O, 22 yaşlı yarımmüdafiəçinin inkişafını uzun müddətdir izləyir və tezliklə onu klubda görmək istəyir.

Xatırladaq ki, İ.Bennaser İtaliya A Seriyasının cari mövsümündə 20 matç keçirsə də fərqlənə bilməyib.

Etikxeber.az

Read Previous

Amerika hədəflərini göstərdi: Çin və Rusiya-BAXIŞ

Read Next

“Gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir