“Mançester Siti” Serxio Aquero ilə yenidən anlaşdı…

İngiltərənin “Mançester Siti” klubu argentinalı futbolçu Serxio Aquero ilə yeni müqavilə bağlayıb.

Etikxeber.az xəbər verir ki, 30 yaşlı futbolçu daha üç il “Mançester Siti” klubunun şərəfini qoruyacaq.

Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

“Mən bu klubda çox xoşbəxtəm. Artıq 7 ildir ki, “Mançester Siti”nin formasını geyinirəm. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə argentinalı bildirib.

auqero

Qeyd edək ki, S.Aquero Mançester təmsilçisinə 2011-ci ildə İspaniyanın “Atletiko Madrid” klubundan transfer olunub.

O, klubun tarixində ən məhsuldar oyunçu kimi tarixə düşüb. Serxio 299 oyunda meydana start heyətdə çıxıb, onların 204-də meydanı fərqlənərək tərk edib.

Həmçinin klubun heyətində 3 dəfə İngiltərə Premyer Liqasının və İngiltərə Kubokunun qalibi olub.

Etikxeber.az

Read Previous

Tarixi bir hadisəni yaxından izləmək möhtəşəm bir duyğudur – DEPUTAT

Read Next

KTMT baş katibinin Qarabağ münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir