“Mançester Siti”nin hücumçusu karyerasını Meksikada davam etdirəcək

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Marlos Morena karyerasını Meksikada davam etdirəcək.

Etikxeber.az  klubun saytına istinadla xəbər verir ki, 22 yaşlı kolumbiyalı hücumçu icarə əsasında “Santos Laquna” klubunun formasını geyinəcək.

Futbolçu 2016-cı ildə Kolumbiyanın “Atletiko” klubundan 5,5 milyon avroya “Mançester Siti”yə transfer edilib. Hücumçunun ingilis klubu ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub. Moreno icarə əsasında İspaniyanın “Departivo” və “Jirona”, İtaliyanın isə “Flamenqo” klublarında çıxış edib.

Qeyd edək ki, kolumbiyalı hücumçu cari mövsümdə “Flamenqo”nun heyətində 36 oyuna 1 qol vurub.

Etikxeber.az

Read Previous

“Heç bir şey unudulmur…” – ELTON MƏMMƏDOV

Read Next

“Bandotdel” Şəmkir polisi ilə birgə əməliyyat keçirdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir