“Mançester Yunayted” David de Xea ilə yeni müqavilə imzaladı

“Mançester Yunayted” klubu ispaniyalı qapıçı David de Xea ilə yeni müqavilə imzalayıb.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, 28 yaşlı qolkiper 2020-ci ilədək “qırmızı şeytanlar”ın şərəfini qoruyacaq.

Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

Qeyd edək ki, bir müddətdir “Paris Sen-Jermen” klubu da qolkiperi heyətinə qatmağa çalışırdı. Fransa təmsilçisi qapıçıya illik 17 milyon avro məvacib təklif etməyə hazır olduğunu bildirmişdi. Xarici KİV-də yer alan xəbərlərə görə, “Yuventus” klubu da qapıçının xidmətindən yararlanmağa maraq göstərirdi.

İspaniyalı qapıçı 2011-ci ildə “Atletiko Madrid” klubundan transfer edilib. O, 333 dəfə meydana start heyətdə çıxıb.

De Xea “Mançester Yunayted”in heyətində iki dəfə İngiltərə kubokunun, bir dəfə Premyer Liqanın, İngiltərə Super kubokunun və UEFA Avropa Liqasının qalibi olub.

Etikxeber.az

Read Previous

Hüseynov, Qafarova və Fətəliyeva AŞPA komitələrinin iclaslarına qatılacaq

Read Next

Çempionlar Liqasının ən yaxşı qolu və oyunçusu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir