“Mançester Yunayted” “İnter”in müdafiəçisinə görə böyük məbləğ ödəməyə hazırdır…

İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “İnter” komandasının müdafiəçisi Milan Şkrinara görə, 60 milyon avrosundan keçməyə hazırdır.

Etikxeber.az “Tuttomercatoweb” nəşrinə istinadla xəbər verir ki, “İnter” klubu isə 23 yaşlı slovakiyalı futbolçunun satışından 90 milyon avro əldə etmək niyyətindədir.

Bu keçid alınsa futbol tarixində ən bahalı müdafiəçi transferi olacaq.

Milan Şkrinar 2017-ci ildə İtaliyanın “Sampdoriya” klubundan transfer olunub. Cari mövsüm “neradzura”nın heyətində 23 oyunda start heyətdə meydana çıxıb və bir qolla yadda qalıb.

Etikxeber.az

Read Previous

Türkiyədə beynəlxalq jurnalist təşkilatı yaradıldı – FOTO

Read Next

Mobil telefonların ölkəyə gətirilməsinin qarşısı alındı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir