Mandatından-İMTİNA EDƏNLƏR-MİRMAHMUD MİRƏLİOĞLU VƏ LALƏ ŞÖVKƏT…

Azərbaycanda daha bir seçki-növbədənkənar (6-cı çağırış) parlament seçkiləri başa çatdı, necə deyərlər, tarixə döndü.

Qeyd edək ki, bu dəfə parlamentə müxalif adlanan cinahdan (konsrtuktiv adlandırılanlar nəzərdə tutulmur) yalnız “REAL”-dan Erkin Qədirli seçildi, onun qələbəsi etiiraf edildi.

Artıq dünən gecədən etibarən təsdiqlənəcəyi təqdirdə, onu mandatından imtina etməyə çağırışlar səslənməkdədir.

E. Qədirli də imtina etmək niyyətində görünmür.

Bəs görəsən, bu günə kimi, Azərbaycanda-müxalif cinahdan kimlər mandatından könüllü imtina edib?

Azərbaycanda deputat mandatından ilk imtina edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) lideri- məşhur “43-lər”dən, “İstiqlal”çı deputatlardan olan Mirmahmud Mirəlioğlu (Fəttayev) oldu.

1990-2000-ci illərdə ali qanunverici orqanın-sonuncu Ali Sovetin və birinci çağırış Milli Məclisin (MM) AXCP-dən üzvü olan Mirəlioğlu 2000-ci ildə 2-ci çağırış parlamentə seçilsə də, seçkilərin ümumi nəticəsinə etiraz əlaməti olaraq, mandatından imtina etdi.

Ancaq müxalifətçi AXCP-dən 6 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 3 nəfər, Müsavatdan 2 nəfər, Yurddaş Partiyasından 1 nəfər (Mais Səfərli), o cümlədən, AMİP-dən 2 nəfər parlamentə getdi, mandatlarından imtina etmədilər.

Müsavat Partiyası isə onun siyasətinə zidd addlm atdıqlarına, parlamentə getdiklərinə görə, mərhum Vaqif Səmədoğlu və şamaxılı Şirzad Əyyubu partiya sıralarından xaric etdi.

2005-ci ildə isə sabiq dövlət katibi, Milli Birlik Hərəkatının (MBH) lideri, professor Lalə Şövkət mandatından imtina etdi.

Yasamaldakı dairələrdən birində seçkilərin qalibi olan, eks-prezident Ayaz Mütəllibova gərgin mübarizədə qalib gələn xanım Şövkət seçkilərin nəticələrinə etiraz əlaməti olaraq, 3-cü çağırış MM-in üzvü olmaqdan imtina etdi.

Müsavat Partiyasından 4 nəfər, Xalq Partiyasından isə 1 nəfər (Pənah Hüseyn) parlamentin işinə qatıldı, 3-cü çağırış MM-in üzvü oldular…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

1 yaşlı STM-in-SƏDRİ VƏ SƏDR MÜAVİNİ SEÇKİLƏRİN QALİBİ OLDU…

Read Next

“22-lər”: 6-cı çağırışın xanım millət vəkilləri-BƏS HANSILARI DAHA ÇOX ÜSTÜNLÜKLƏRİ İLƏ FƏRQLƏNDİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir