Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Futbol üzrə Seneqal millisinin və İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane İngiltərə komandası ilə yeni müqavilə bağlayıb.
Etikxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu daha beş il “Liverpul” klubunun şərəfini qoruyacaq. Futbolçu həftədə 190 min avro məvacib alacaq.
“Liverpul” ilə müqaviləmin müddətini uzatmaqdan çox xoşbəxtəm. Bu, mənim üçün yaddaqalan gündür. Hədəflərimiz məlumdur və ona nail olmaq üçün əlimdən gələni edəcəyəm. Doğru klubda və doğru məşqçi ilə çalışıram. Bu klubu seçməyim karyeramda ən mühüm qərarlardan biridir”, – deyə Mane bildirib.
Qeyd edək, Sadio Mane “Liverpul” klubuna 2016-cı ildə “Sauthempton” klubundan transfer olunub. “Liverpul”un heyətində 84 oyunda forma geyən futbolçu 40 qol vurub, 37 məhsuldar ötürmə edib.
Etikxeber.az